Od çərşənbəsində tonqaldan tullanan iki uşaq yanıq xəsarətləri alıb


Sosial 07 Mar 2018 08:44:19 287 0

Od çərşənbəsində tonqaldan tullanan iki uşaq yanıq xəsarətləri alıb

Hər iki yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Ötən gün axşam Bakının Nəsimi və Yasamal rayonlarında Od çərşənbəsi münasibəti ilə keçirilən mərasim xəsarətlə nəticələnib.

“Report” xəbər verir ki, 2008-ci il təvəllüdlü İsrafilov Səid Elxan oğlu və 2004-cü il təvəllüdlü Cəlilov Məhəmmədəli Cahangir oğlu çərşənbə günü münasibəti ilə qalanan tonqalın üzərindən tullanan zaman yanıq xəsarətləri alıblar.

Hadisələr müvafiq olaraq Alı Mustafayev və İsmayıl Qutqaşınlı küçələrində qeydə alınıb.

Hər iki yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.