Abşeronda dərsdən qayıdan iki məktəblini maşın vurub


Digərləri 07 Mar 2018 08:48:00 215 0

Abşeronda dərsdən qayıdan iki məktəblini maşın vurub

Yaralılarda birinin vəziyyəti ağırdır

Abşeron rayonunda yolu keçən iki məktəblini maşın vurub.

Son.az "Report"a istinadən bildirir ki, hadisə martın 6-sı günorta saatlarında Ceyranbatan qəsəbəsində baş verib.

Dərsdən evə qayıdan iki şagird - 2001-ci il təvəllüdlü Nəzrin Bilal qızı Candirova və 2005-ci il təvəllüdlü Xədicə İman qızı Məmmədzadə naməlum avtomobil tərəfindən vurulub.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb. X.Məmmədzadənin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.