“Nokia 9” “Nokia 8 pro” ilə birgə təqdim ediləcək


Digərləri 07 Mar 2018 08:35:00 228 0

“Nokia 9” “Nokia 8 pro” ilə birgə təqdim ediləcək

"HMD Global" şirkəti brendin tarixində ikinci flaqmanı olan "Nokia 9" smartfonunu daha da müasirləşdirilmiş əvvəlki versiyası olan "Nokia 8 Pro" ilə birgə təqdim edəcək.

Son.az lent.az-a istinadən xəbər verir ki, "Nokia 9" yeni "Snapdragon 845" prosessoru və ekranın altında əl izləri skaneri əldə edəcək.

Bundan öncə bildirilib ki, smartfon "Snapdragon 835" prosessoruna malik olacaq. "Nokia 8 Pro" smartfonunun xüsusiyyətləri məlum deyil.