Mobil şəbəkələrdə ciddi boşluqlar aşkarlanıb


Digərləri 07 Mar 2018 08:11:00 216 0

Mobil şəbəkələrdə ciddi boşluqlar aşkarlanıb

İnformasiya təhlükəsizliyi sahəsində çalışan mütəxəssislərin tədqiqatına görə, müasir fırıldaqçılar hər gün abunəçiləri izləyir, zənglərə müdaxilə edir, həmçinin mobil şəbəkələrdəki digər boşluqlardan aktiv istifadə edirlər. "Positive Technologies" şirkətinin araşdırması buna sübutdur.

Son.az ICTnews-a istinadən bildirir ki, araşdırmanın nəticələrinə görə, mobil bank, dövlət xidmətləri və başqa proqramlara müdaxiləyə imkan verə bilən SMS mesajların ələ keçirilməsinə yönəldilmiş hücumlar hakerlər üçün böyük uğur gətirir.

Həmçinin kiberfırıldaqçılar arasında qısa USSD sorğuların icazəsiz göndərilməsi populyardır. Nəticədə abunəçinin hesabından pul vəsaiti oğurlamaq və ya onu gizli olaraq bahalı xidmətə abunə etmək olar.