Elektrik xətləri dronlarla təmir edilir


Digərləri 07 Mar 2018 08:01:00 257 0

Elektrik xətləri dronlarla təmir edilir

Puerto-Rikonun "Duke Energy" energetika şirkəti pilotsuz uçan aparatlardan istifadəyə başlayıb. Dronlar operatorlar vasitəsilə zədələnmiş elektrikötürmə xətlərini axtararaq onların təmirini həyata keçirirlər.

Son.az ICTnews-a istinadən bildirir ki, şirkətin balansında 5 xüsusi pilotsuz uçan aparat var: onların ikisi xətdə qəzaların axtarışı, üçü müstəqil təmir ilə məşğul olur. Dronlardan istifadə Puerto-Rikonun mürəkkəb landşaftı və adi təmirçilərin həyatı üçün risklə əlaqədardır. Dronlar dərələr və meşə massivləri kimi çətin keçilən yerlərə daxil olaraq elektrikötürmə xətlərinin qırıq yerlərini avtonom şəkildə birləşdirə bilirlər.