Bakıda kişiyə 5 bıçaq zərbəsi vurulub


Digərləri 07 Mar 2018 08:10:00 201 0

Bakıda kişiyə 5 bıçaq zərbəsi vurulub

Hadisəni törədən şəxs qaçıb

Bakının Nəsimi rayonunda bir nəfərin bıçaqlanması ilə nəticələnən dava baş verib.

Son.az "Report"a istinadən bildirir ki,"Nəsimi bazarı" kimi tanınan ərazi yaxınlığında 1980-ci il təvəllüdlü Kələntərov Xaliq Yusif oğlunun Elmar adlı şəxslə mübahisəsi düşüb.

Nəticədə X.Kələntərova beş bıçaq zərbəsi vurulub. Yaralı təcili olaraq xəstəxanaya yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsi faktla bağlı araşdırma aparır.

Hadisəni törədən şəxs oradan qaçıb. O, taksi sürücüsü kimi fəaliyyət göstərir.