İT məhsulları üçün xərcləri 4,9 faiz artacaq


Digərləri 07 Mar 2018 07:33:00 327 0

İT məhsulları üçün xərcləri 4,9 faiz artacaq

Kiçik və orta biznes şirkətləri 2018-ci ildə informasiya texnologiyaları məhsullarının və xidmətlərinin alışına təxminən 602 milyard dollar sərf edəcəklər. Bu, 2017-ci ildən 4,9 faiz çoxdur. Bu barədə "IDC" analitik şirkətinin hesabatında deyilir.

Son.az ICTnews-a istinadən bildirir ki, 2021-ci ilədək alış həcminin 684 milyard dollaradək artacağı proqnozlaşdırılır. Alışların üçdə iki hissəsindən çoxu orta ölçülü şirkətlərin (ştat vahidi 100-999 nəfərdən ibarət), 229 milyard dollar əməkdaşlarının sayı 100-499, 182 milyard dollar əməkdaşlarının sayı 500-999 nəfər təşkil edən şirkətlərin payına düşür.  

Bildirilir ki, xərclər avadanlıq, proqram təminatı və xidmətlər arasında təxminən yarıya bölünür, lakin proqram təminatı alışlarının illik artımı 7,5 faiz təşkil edərək 2021-ci ilədək birinci yerə çıxmaqla avadanlıq alışlarını geridə qoyacaq.