Babək prospektində gənc oğlanı avtomobil vurub


Sosial 07 Mar 2018 07:20:19 252 0

Babək prospektində gənc oğlanı avtomobil vurub

Vurulan piyada ailənin tək övladıdır

Babək prospektinin Xətai rayonu ərazisinə düşən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1996-ci il təvəllüdlü Cəfərov Eldəniz Tərlan oğlu prospektdən keçərkən, onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

E.Cəfərov ailənin tək övladıdır.