ATƏT Minsk qrupunun həmsədri: Dağlıq Qarabağ münaqişəsində status-kvo daimi saxlana bilməz (ÖZƏL)


Digərləri 07 Mar 2018 07:00:00 219 0

ATƏT Minsk qrupunun həmsədri: Dağlıq Qarabağ münaqişəsində status-kvo daimi saxlana bilməz (ÖZƏL)

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində indiki status-kvo uzunmüddətli perspektivdə saxlana bilməsə də, bu münaqişənin hərbi həll yolu yoxdur

Bakı. Gülqız Muradova - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində indiki status-kvo uzunmüddətli perspektivdə saxlana bilməsə də, bu münaqişənin hərbi həll yolu yoxdur. Bunu Trend-ə eksklüziv müsahibəsində ABŞ-ın ATƏT Minsk qrupundakı həmsədri Endrü Şefer deyib. Diplomat vurğulayıb ki, ABŞ münaqişənin həlli üzrə danışıqlar prosesini dəstəkləyir və həmsədr ölkə qismində Azərbaycan və Ermənistanla fəal qarşılıqlı fəaliyyəti davam etdirəcək: “ABŞ-ın uzunmüddətli siyasəti ondan ibarətdir ki, ədalətli nizamlanma beynəlxalq hüquq normaları, o cümlədən Helsinki Yekun Aktı və onun güc tətbiqetməmə, ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır”. E.Şeferin sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin 2017-ci il Cenevrədə danışıqlar prosesinin intensivləşdirilməsi və gərginliyin azaldılması ilə bağlı əlavə tədbirlərin görülməsi üçün götürdüyü öhdəliklər bu reallığı əks etdirir: “Cenevrədəki görüşdən sonra biz münaqişə tərəfləri ilə öhdəliklərin həyata keçirilməsi üçün böyük iş aparmışıq və bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.