Kolumbiya Venesuela ilə sərhədlərini bağlayır


Dünya 07 Mar 2018 06:44:24 250 0

Kolumbiya Venesuela ilə sərhədlərini bağlayır

Bu, ölkədə keçiriləcək parlament seçkiləri ilə əlaqədardır

Kolumbiya hökuməti ölkədə keçiriləcək parlament seçkiləri ilə əlaqədar olaraq mart ayının 8-dən 11-dək Venesuela ilə sərhədləri bağlamaq qərarına gəlib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Kolumbiyanın daxili işlər naziri Gilyermo Rivera deyib.

Kolumbiya ali qanunvericilik orqanına seçkilər martın 11-də keçiriləcək. İki ölkə arasında sərhədlərin uzunluğu 2,22 min km. təşkil edir.

Hazırda Kolumbiya ərazisində 550 mindən çox venesuelalı yaşayır. Fevral ayının birinci yarısında ölkə prezidenti Xuan Manuel Santos sərhədlərdə təhlükəsizlik tədbirlərinin gücləndiriliməsini və qonşu ölkədən kəskin sosial-iqtisadi böhran içində olan gəlmələrin sürətli artımının qarşını almaq üçün xüsusi idarələrarası qrupların yaradılması barədə göstəriş verib.