Terrorçular Dəməşqi atəşə tutublar, 13 nəfər ölüb, 135 yaralı var


Dünya 07 Mar 2018 05:48:43 243 0

Terrorçular Dəməşqi atəşə tutublar, 13 nəfər ölüb, 135 yaralı var

Şərqi Ğutadan yaşayış məhəllələrinə 272 mina və reaktiv mərmi atılıb

Suriyanın Şərqi Ğuta regionunda vəziyyət terrorçuların atəşkəsi davamlı olaraq pozması nəticəsində gərgin olaraq qalır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Düşmən Tərəflərin Barışdırılması Mərkəzinin rəisi general-mayor Yuri Yevtuşenko deyib.

"Son 10 sutka ərzində Şərqi Ğutanın rayonlarından Suriya paytaxtının yaşayış məhəllələrinə 272 mina və reaktiv mərmi atılıb. 13 nəfər ölüb, 135 nəfər yaralanıb, onlardan üçü uşaqdır", - deyə o əlavə edib.

Yevtuşenkonun sözlərinə görə, terrorçular hökumət qoşunlarını onları cavab atəşi açmağa sövq etmək üçün atəşə tuturlar.