Avstraliya sahillərində 1942-ci ildə batmış ABŞ HDQ-nin təyyarə gəmisi aşkarlanıb


Digərləri 07 Mar 2018 04:16:00 194 0

Avstraliya sahillərində 1942-ci ildə batmış ABŞ HDQ-nin təyyarə gəmisi aşkarlanıb

Avstraliya sahillərində 1942-ci ildə batmış ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Leksington" təyyarə gəmisi aşkarlanıb

Bakı. Avstraliya sahillərində 1942-ci ildə batmış ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Leksington" təyyarə gəmisi aşkarlanıb. Trend-in məlumatına görə, gəminin qalıqlarını "Microsoft" korporasiyasının həmtəsisçisi Pol Allen tərəfindən maliyyələşdirilən axtarış ekspedisiyası aşkar edib. Təyyarə gəmisinin qalıqları 75 ildən artıq müddət ərzində Avstraliya sahillərindən 900 kilometr aralıda və 3 min metr dərinlikdə olub.