Suriyada terrorçular hospitalı atəşə tutub, 10 nəfər ölüb, 49 yaralı var


Dünya 07 Mar 2018 02:08:15 260 0

Suriyada terrorçular hospitalı atəşə tutub, 10 nəfər ölüb, 49 yaralı var

Bunu Rusiyanın Düşmən Tərəflərin Barışdırılması Mərkəzinin rəhbəri deyib

Suriyada terrorçuların Tişrin hospitalını atəşə tutması nəticəsində 10 nəfər ölüb, daha 49 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

“Report” xəbər verir ki, bunu Rusiyanın Düşmən Tərəflərin Barışdırılması Mərkəzinin rəhbəri general-mayor Yuri Yevtuşenko deyib.

"Martın 5-də Dahiyyət əl-Əsad yaşayış məntəqəsindəki Tişrin hospitalının atəşə tutulması nəticəsində 10 nəfər ölüb, 49-u yaralanıb", - deyə Yevtuşenko brifinqdə bildirib.