İnsanı Allahdan qafil edən 7 səbəb


Digərləri 06 Mar 2018 23:40:00 341 0

İnsanı Allahdan qafil edən 7 səbəb

Qəflət elə bir şeytani virusdur ki, Allah bəndələrini, hətta böyük din alimlərini hətta bir anlıq da olsa, Allahdan qafil edə bilir. Böyük mərcəyi-təqlidlərdən olan Ayətullah Hacı Şeyx Əbdülkərim Hairi, Şeyx Murtəza Tehraninin yuxusuna girir və Mürtəza ağa ondan soruşur ki, siz o aləmdə əzab olunursunuzmu?

Son.az deyerler.org-a istinadən bildirir ki, Alim cavab verir: "Bir əzabım vardır və o da budur ki, niyə daha çox Allahı yada salmamışam. Ürəyim həmin anlar üçün yanır ki, Allahı yada salmamışam. Bu, mənim üçün ən böyük əzabdır".

Bəs insanı hansı amillər qafil edə bilir?

1. Rifah istəmək və dünyaya həddən artıq çox diqqət etmək. "Ey iman gətirənlər, mal-dövlətiniz və övladlarınız sizi Allah zikrindən yayındırmasın! Və kim belə etsə (Allahı unutsa), belələri (əsil) ziyankarlardır". ("Munafiqun" 9).

2. Axirətdən qəflət etmək. "Onlar dünya həyatının zahirini bilirlər (hiss etdikləri və bəhrələndikləri şey onlar üçün məqsəddir və əsasdır) və axirətdən (dünya həyatının həqiqi nəticəsi olan axirət həyatından) isə olduqca xəbərsizdirlər". ("Rum" 7).

3. Yolunu azdıran dostlar. "Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım". "Həqiqətən o, Allahın zikr edilərək xatırlanması (və ya Peyğəmbər (s) və Quranın həqiqəti) mənə çatdıqdan sonra o, (həmin dost) məni ondan (zikrdən, Peyğəmbərdən (s) və Qurandan) yayındırdı". Şeytan insanı həmişə xar edib və (indi də) edir". ("Furqan" 28-29).