Balaca ikən dünyasını dəyişən uşaqların Qiyamətdə aqibəti necə olacaq?


Digərləri 06 Mar 2018 22:45:00 323 0

Balaca ikən dünyasını dəyişən uşaqların Qiyamətdə aqibəti necə olacaq?

Belə bir sual həmişə insanları düşündürür ki, həddi-büluğa çatmamış ölən uşaqların aqibəti necə olacaqdır? Bu sahədə müxtəlif nəzərlər vardır.

Allah Təala Quranda buyurur: "(Özləri) iman gətirmiş və övladları imanda müəyyən qədər onlara tabe olmuş (lakin onlardan aşağı dərəcədə olan) kəslərin övladlarını (axirətdə və cənnətdə) onlara birləşdirəcək və (övladlarını onlara birləşdirməyimizə görə) onların əməllərindən bir şey azaltmayacağıq. Hər bir insan öz əməlinin girovudur (əgər yaxşı əməl gətirsə - azad ediləcək, əks təqdirdə isə girovluqda qalacaqdır)". ("Tur" 21).

Son.az deyerler.org-a istinadən bildirir ki, bu ayənin təfsiri barəsində İmam Sadiq (ə) buyurur: "Möminlərin uşaqları Qiyamət günü atalarına tərəf gedəcəklər və övladları atalarına qovuşan zaman atalarının savabından bir şey azalmayacaqdır".

İmam Sadiqdən (ə) gələn başqa hədisdə oxuyuruq: "Həqiqətən də o Əhli-Beyt (ə) davamçılarının uşaqları ki, möminlərdəndirlər, Həzrət Fatimənin (s.ə) tərbiyəsi altında qərar tutacaqlar".