“Beauty of the World Azerbaijan”ın final gecəsi baş tutdu FOTO


Digərləri 06 Mar 2018 22:46:00 469 0

“Beauty of the World Azerbaijan”ın final gecəsi baş tutdu  FOTO

Şəkinin "Marxal Resort&Spa Hotelində "Beauty of the World Azerbaijan" yarışmasının final gecəsi baş tutdu.

Trend-in məlumatına görə, finalın muhsiflər heyatində Respublikanin xalq artisti Məleykə Əsədova, aktyor ve aparici Şəhriyyar Əbilov, məhşur müğənni Nura Suri, World Beauty Congressin Prezidenti Zamir Huseynov, Turkvision-2013 qalibi Fərid Həsənov, layihənin rəhbəri Nərmin Səfərova , L'Officiel jurnalının redaktoru və Moda eksperti Ayxan Musaxanlı, layihənin rəsmi fotografi Ruslan Məmmədov yer almışdı.

Mərasimin açılışı finalçıların rəqsi ilə başları. Gecənin aparıcısı məhşur akter və aparıcı Fariz İlyasov idi. Qalibiyyəti qazanan və birinciliyə layiq görülən Nefçala şəhərini təmsil edən 25 yaşlı Elnarə Hüseynova oldu. Elnarə bir il ərzində World Beauty Congress ilə çalışacaq və Azərbaycani xaricdə təmsil edəcək. 2-ci yeri Salyan şəhərini təmsil edən 21 yaşlı Elnarə Babayeva oldu. 3-cü yer isə Gusar şəhərini təmsil edən 19 yaşlı Nigar Vəlixanova oldu.

Special awards:

Olqa Ozeranskaya (İsmayilli) - Miss Charming

Alina Nəzərova (Astara) - Miss Personality

Jamilə Vekhova (Naxçıvan) -Best Model