Qardan öküz boyda öküz


Digərləri 06 Mar 2018 22:25:00 558 0

Qardan öküz boyda öküz

Qar bol yağanda, insanların qar adamı fiqurları düzəltmək, qartop oynamaq həvəsinə düşməsi məlumdur.

Bu həftə bütün Avropaya, o cümlədən, Britaniyaya da güclü qar yağıb.

Şimali İrlandiyanın Armagh qraflığında bir ailə qardan qar adamı yox, Charolais cinsli öküz fiqurunu, özü də ki, həmin heyvanın real ölçüsündə olan bir biçimdə düzəldib.

Qardan öküz fiqurunun hazırlanması 5 saat çəkib.

Fiqur Newtownhamilton şəhəri kənarında, Cavanakill Road adlı yolun yaxınlığında yerləşən fermada qurulub.