Nə edək ki, Allah yadımızdan çıxmasın?


Digərləri 06 Mar 2018 22:20:00 264 0

Nə edək ki, Allah yadımızdan çıxmasın?

Əslində Allaha diqqət etməyin kökləri hər birimizin batinində yerləşir. Əgər biz özümüz Allahı yada salmasaq, Allah da bizi unudacaqdır. "Buna görə də, Məni yada salın ki, Mən də sizi yada salım". ("Bəqərə" 152).

Son.az deyerler.org-a istinadən bildirir ki, ona görə də əgər Allahın bizə diqqət etməsini istəyiriksə, gərək özümüz Allahı yada salaq. Allahı yada salmağı gərək təmrin edək.

- Namaz - ən mühüm təmrindir ki, bizə Allahı yada salır.

- Namaz qılan zaman bizə mane olan fikirləri uzaqlaşdıraq və qəlb hüzuru əldə etməyə çalışaq.

- Məşğul olduğumuz yerlərdə fikirlərimizi çox şey dağıdır. Küçələr, bazar və ya iş yeri kimi. İşimizi görə-görə Allahı zikr etməyə çalışaq.

- Dilimizdə adət etdiyimiz zikrləri deyən zaman niyyətimizi həqiqətən ibadət edək. Misal üçün, əsəbiləşən zaman əgər "Lə iləhə illəllah" deməyə adət etmişiksə, onu ibadət niyyətilə yerinə yetirək, sadəcə dil adəti niyyətilə deyil.