Afrində 117 kənd azad edilib


Dünya 06 Mar 2018 21:31:00 238 0

Afrində 117 kənd azad edilib

Türkiyə silahlı qüvvələri "Azad Suriya Ordusu"nun dəstələri ilə birgə  Suriyanın Afrin bölgəsində Xarabat Çaranlı, Çaranlı, Şirkan kəndləri və Şəran rayon mərkəzini  terrorçulardan təmizləyib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin "Anadolu" xəbər agentliyi məlumat yayıb.

"Zeytun budağı" əməliyyatı başlayandan bəri ümumilikdə 4 rayon mərkəzi, 117 kənd və 30 strateji yüksəklik YPQ/PKK/İŞİD yaraqlılarından azad edilib.