Dünyanın ən zənginlərinin adları


Dünya 06 Mar 2018 21:37:00 309 0

Dünyanın ən zənginlərinin adları

"Forbes" jurnalı planetin ən varlı insanlarının adlarını açıqlayıb. Son.az modern.az-a istinadən bildirir ki, "Amazon" şirkətinin sahibi Cef Bezosun şəxsi sərvəti 112 milyard dollar təşkil edib.

"Bezosun uğuru "Amazon" şirkətinin səhmlərinin 60% bahalaşması ilə bağlıdır"-deyə jurnal yazıb. İkinci pillədə "Microsoft" şirkətinin yaradıcısı Bill Geyts (90 milyard dollar), üçüncü pillədə isə amerikalı investor Uorren Baffet (84 milyard dollar) yer alıb.