ƏhliBeyt (ə) davamçısını bu sifətlərlə tanımaq olar


Digərləri 06 Mar 2018 21:20:00 323 0

ƏhliBeyt (ə) davamçısını bu sifətlərlə tanımaq olar

Məsumların (ə) mübarək dilindən Əhli-Beyt (ə) davamçılarının bəzi xüsusiyyətləri ilə tanış olaq.

Əbu Bəsir nəql edir ki, İmam Sadiq(ə) belə buyurdu: "Bizim şiələrimiz dindar, çalışqan, verilən sözə əməl edən, əmanətkar və ibadət insanlarıdırlar. Onlar bir gecə-gündüz ərzində əlli bir rükət namaz qılırlar. Onlar gecələr oyaq qalıb, gündüzlər oruc tutar, öz mülklərindən zəkat verər, həcc ziyarətini yerinə yetirər və hər bir qadağan olunmuş şeydən çəkinərlər".

Son.az deyerler.org-a istinadən bildirir ki, Hüseyn ibn Xalid nəql edir ki, İmam Rza (ə) buyurdu: "Bizim şiələrimiz əmrlərimizə təslim olur, sözlərimizi qəbul (və əməl) edir və düşmənlərimizlə müxalif olur. Kim belə deyilsə, bizdən deyildir" .

Əban ibn Osman nəql edir ki, İmam Sadiq (ə) beyə buyurdu: "Təqiyyəsi olmayan şəxsin dini və təqvası olmayan şəxsin də imanı yoxdur".