Məktəbdən 10 kompüter oğurladılar VİDEO


Digərləri 06 Mar 2018 21:09:00 216 0

Məktəbdən 10 kompüter oğurladılar  VİDEO

İşlədiyi yerdən kompüterləri oğurlayaraq satan şəxs tutulub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Zərdabda baş verib. Rayon Təhsil Şöbəsindən polisə Uşaq Gənclər İdman Şahmat Məktəbindən 10 ədəd kompüter dəstinin anbardan oğurlandığı barədə məlumat daxil olub.

Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxsin həmin məktəbdə işləyən 37 yaşlı Emin Qasımovun olduğu müəyyən edilib.

Emin Qasımov şübhəli şəxs qismində saxlanılıb.

Oğurlanmış 10 ədəd kompüter dəsti aşkar edilərək maddi sübut kimi götürülüb. Fakt ətraflı araşdırılır.

Videonu izləmək üçün şəklə klikləyin: