Bu ilin sonuna kimi 20 minə yaxın


Digərləri 06 Mar 2018 21:19:00 240 0

Bu ilin sonuna kimi 20 minə yaxın

Bu ilin sonuna qədər daha 83 yaşayış məntəqəsi təbii qazla təmin ediləcək.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Dövlət Neft Şirkətinə önəmli strateji sosial layihənin həyata keçirilməsi üçün ayrılan 100 milyon manat vəsait hesabına təbii qazla təchiz olunmayan yaşayış məntəqələrinə qaz kəmərləri çəkiləcək. Əhaliyə veriləcək təbii qazın dəyərinin tam həcmdə ödənilməsini təşkil etmək məqsədilə sayğaclaşma işləri aparılacaq. "Azəriqaz" İstehsalat Birliyinin şöbə rəisi Teymur Cəfərovun sözlərinə görə, vəsait hesabına ilin sonuna qədər ümumilikdə 20 minə yaxın mənzil tam olaraq qazlaşdırılacaq. Ümumilikdə ölkə üzrə 2018-ci ilin sonuna kimi qazlaşma səviyyəsinin 93-dən 95 faizə çatdırılması nəzərdə tutulub.