“Beauty of the World Azerbaijan” yarışmasının final gecəsi baş tutdu FOTO


Digərləri 06 Mar 2018 19:30:00 572 0

“Beauty of the World Azerbaijan” yarışmasının final gecəsi baş tutdu  FOTO

Şəkinin "Marxal Resort&Spa Hotelində "Beauty of the World Azerbaijan" yarışmasının final gecəsi baş tutdu. Finalın muhsiflər heyatində Respublikanin xalq artisti Məleykə Əsədova, aktyor ve aparıcı Şəhriyar Əbilov, məhşur müğənni Nura Suri, World Beauty Congressin Prezidenti Zamir Huseynov, Turkvision-2013 qalibi Fərid Həsənov, layihənin rəhbəri Nərmin Səfərova, L'Officiel jurnalının redaktoru və Moda eksperti Ayxan Musaxanlı, layihənin rəsmi fotografi Ruslan Məmmədov yer almışdı. 

Mərasimin açılışı finalçıların rəqsi ilə başladı. Gecənin aparıcısı məhşur aktyor və aparıcı Fariz İlyasov idi. Qalibiyyəti qazanan və birinciliyə layiq görülən Nefçala şəhərini təmsil edən 25 yaşlı Elnarə Hüseynova qazandı. Elnarə bir il ərzində World Beauty Congress ilə çalışacaq və Azərbaycanı xaricdə təmsil edəcək. 2-ci yeri Salyan şəhərini təmsil edən 21 yaşlı Elnarə Babayeva tutdu. 3-cü isə Qusar şəhərini təmsil edən 19 yaşlı Nigar Vəlixanova oldu. 

Special awards: 

Olqa Ozeranskaya (İsmayilli) - Miss Charming

Alina Nəzərova (Astara) - Miss Personality 

Jamilə Vekhova (Naxçıvan) -Best Model