Bakıda Pro kateqoriyalı məşqçi kursunun VI modulu start götürüb


İdman 06 Mar 2018 18:50:00 277 0

Bakıda Pro kateqoriyalı məşqçi kursunun VI modulu start götürüb

Bakıda AFFA-nın təşkilatçılığı ilə UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun VI modulu başlayıb. Goal.az xəbər verir ki, isveçrəli mütəxəssis Dany Raiserin rəhbərlik etdiyi bu mərhələ martın 9-dək davam edəcək.

Qeyd edək ki, Pro kateqoriyalı məşqçi kursunda 11 nəfər - "Sumqayıt”ın baş məşqçisi Samir Abasov, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd, "Qarabağ”ın məşqçisi Elçin Rəhmanov, Ağdam təmsilçisinin kapitanı, 20 və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rəşad Sadıqov,  18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Zaur Həşimov, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ramin Quliyev, "Mançester Yunayted” Futbol Məktəbinin baş məşqçisi Mik Bennett, "Xəzər”in baş məşqçisi Elşad Əhmədov, eləcə də Mahmud Qurbanov, Siyasət Əsgərov və Baba Əsgərov iştirak edirlər.