Nizami Kino Mərkəzi "Sərhədsiz incəsənət" forumunda Azərbaycanı təmsil edib


Digərləri 06 Mar 2018 18:03:00 230 0

Nizami Kino Mərkəzi "Sərhədsiz incəsənət" forumunda Azərbaycanı təmsil edib

Britaniya Şurasının təşəbbüsü ilə Ukraynada keçirilən "Unlimited: Sərhədsiz incəsənət" Forumunda Britaniya, Ukrayna, Azərbaycan və Gürcüstandan 200 nümayəndə iştirak edib.

Britis Council Azərbaycanın nümayəndə heyəti ilə birgə Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyevə Kiyevdə keçirilən "Unlimited: Sərhədsiz incəsənət" forumunda iştirak edib.      

Forumun açılışında iştirak edən Ukraynanın birinci xanımı Marina Poroşenko çıxışında əlil insanların aktiv ictimayi həyata daxıl olmalarını, dövlət siyasətinin bir hissəsi olduğunu vurğulayıb və bu sahədə zəmin olaraq inklyuziv layihələrin hazırlanmasının vacibliyini qeyd edib. 


Xəbərə aid fotolar