Qətldə təqsirləndirilən Rusiya vətəndaşı Azərbaycandan qaçarkən tutuldu


Kriminal 06 Mar 2018 16:58:00 225 0

Qətldə təqsirləndirilən Rusiya vətəndaşı Azərbaycandan qaçarkən tutuldu

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən cinayət törətdiklərinə görə  axtarışda  olan şəxslərin aşkarlanması istiqa­mətində uğurlu tədbirlər davam etdirilir.

DSX-nın Mətbuat Mərkəzindən Son.az-a verilən məlumata görə, 2018-ci ilin 5 mart tarixində "Şıxlı" dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan Respublikasından Gürcüstana keçərkən, 2017-ci ildə ölüm hadisəsi törətməkdə şübhəli bilindiyinə görə barəsində axtarış elan olunmuş, 11.11.1983-cü il təvəllüdlü, Rusiya vətəndaşı Mamedov İntiqam Novruz oğlu Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq, DİN Tovuz rayon polis şöbəsinə təhvil verilib.