Akrobatlarımız Mayadakı Dünya Kubokunda iştirak ediblər


Digərləri 06 Mar 2018 16:57:00 177 0

Akrobatlarımız Mayadakı Dünya Kubokunda iştirak ediblər

Ötən həftəsonu, Akrobatika Gimnastikası üzrə yığma komandamız növbəti Dünya Kubokuna yollanıb.

Bakı. Ötən həftəsonu, Akrobatika Gimnastikası üzrə yığma komandamız növbəti Dünya Kubokuna yollanıb. Trend-in məlumatına görə, martın 2-4-də Portuqaliyanın Maya şəhərində keçirilmiş Dünya Kubokunda Azərbaycanı kişi cütlüyü tərkibində Seymur Cəfərov və Murad Əkpərov, qarışıq cütlüklər tərkibində isə Ağasif Rəhimov və Nurcan Cabbarlı, həmçinin Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı təmsil ediblər. Yarışlarda iştirak edən hər 3 cütlüyümüz finala adlamağı bacarıblar. Seymur və Murad 27.760 xalla 5-ci, Ağasif və Nurcan 28.400 xalla 5-ci, Abdulla və Ruhidil isə 27.530 xalla 6-cı yerdə qərarlaşıblar.