"Azər Türk Bank"ın Naxçıvan filialı yeni ünvanda (FOTO)


Digərləri 06 Mar 2018 16:35:00 364 0

"Azər Türk Bank"ın Naxçıvan filialı yeni ünvanda (FOTO)

Dövlət bankı Azər Türk Bankın Naxçıvan şəhərindəki filialı yeni ünvanda fəaliyyətini davam etdirəcəkdir.

Bakı. Dövlət bankı Azər Türk Bankın Naxçıvan şəhərindəki filialı yeni ünvanda fəaliyyətini davam etdirəcəkdir. Bankdan Trend-ə verilən məlumata görə, filialın şəhərin mərkəzi küçəsində yerləşən yeni, ikimərtəbəli, geniş binaya köçürülməsi Bankın regionlarda xidmət şəbəkəsinin inkişaf etdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilib. Daim öz müştərilərinin rahatlığı qayğısına qalan Azər Türk Bankın bu addımda əsas məqsədi müştərilərin bank xidmətlərindən istifadəsi üçün daha əlverişli, komfortlu şərait yaratmaq, onlara daha üstün və operativ xidmət göstərməkdir. Qeyd edək ki, binanın həm praktik, həm də estetik həll yolları tətbiq edilməklə yaradılmış interyeri yüksək zövqlə tərtib olunub, otaqlar, əməliyyat zalları müasir tələblər səviyyəsində qurulub. Filialda müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, ödənişlərin həyata keçirilməsi, valyuta mübadiləsi və digər bank xidmətləri təklif edilir.