Bakıda aptek sahibi məhkəmə zalında həbs edildi


Digərləri 06 Mar 2018 16:08:00 223 0

Bakıda aptek sahibi məhkəmə zalında həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində psixotrop maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Şahin Qurbanov və Cavidan Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ş.Qurbanov 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, istintaq dövründə azadlıqda olduğu üçün məhkəmə zalında həbs olunub. 

Hökmə əsasən, C.Hüseynov isə 1000 manat məbləğində cərimə edilib.

İttihama görə, Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda psixotrop tərkibli dərman preparatlarını keçirən mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıb. İnsan orqanizminə ciddi zərər vuran, satışı müvafiq qanunvericiliyə əsasən qadağan olunmuş psixotrop tərkibli dərman preparatlarının ölkəyə gətirilməsinin, o cümlədən alqı-satqısının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.