"Poqba sanki dostları ilə parkda futbol oynayır"


İdman 06 Mar 2018 16:10:00 242 0

"Poqba sanki dostları ilə parkda futbol oynayır"

"Manchester United"in sabiq futbolçusu Qari Nevill komandanın yarımmüdafiəçisi Pol Poqbanın "Crystal Palace"lə matçda (3:2) oyununa iradını bildirib. Goal.az xəbər verir ki, gənc mütəxəsis bunları deyib:

"Poqba heç yaxşı çıxış etmədi. Onun əsas üstünlüyü özünü meydanda rahat hiss etməsidir. Sanki meydanda dostları ilə top qovur. Onun oyununda çatışmazlıq da məhz bu sərbəstlikdir. Elə təsəvvür yaranır ki, Poqbanın etdikləri YouTube və İnstagram üçün nəzərdə tutulub. Pol, sanki oyunu ciddi qəbul etmir. Mourinyonun son matçlarda onu əsas heyətə salmaması təsadüfi deyil".