Azərbaycan iqlim dəyişikliyi ilə qətiyyətlə mübarizə aparır VİDEO


Digərləri 06 Mar 2018 15:55:00 192 0

Azərbaycan iqlim dəyişikliyi ilə qətiyyətlə mübarizə aparır  VİDEO

Azərbaycanda ekoloji tarazlığın pozulmasına səbəb olan karbon dioksid (CO2) istixana qazı emissiyalarının əsas mənbəyi enerji istehsalı və istehlakı sektorları ilə bağlıdır. CO2 emissiyaları yanacağın yandırılması, o cümlədən, enerji istehsalı zamanı yanacaq materiallarının yandırılması, neft və qaz hasilatı, daşınma və mənzil təsərrüfatı kimi enerji tutumlu istehlak sektorlarında baş verir.

BMT-nin İnkişaf Proqramı və Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Azərbaycanda karbon dioksid emissiyasının qarşısının alınması məqsədi ilə 2015-ci ildən bəri silsilə tədbirər həyata keçirir. Belə ki, birgə fəaliyyətlərin nəticəsində ümumi sahəsi 10 min kv.m olan inzibati ərazi enerji baxımından səmərəli avadanlıq və ekoloji ləvazimatlarla, o cümlədən, enerji səmərəli pəncərələr, döşəmə istilik sistemi, havalandırma və istilik izolyasiyası sistemi ilə təchiz edilib. Bu binalardan hər il ümumi hesabla 2500 nəfər insanın bəhrələnəcəyi gözlənilir. Eyni zamanda yanacaq sərfiyyatında 10-15% qənaət etməyə imkan yaradan təhlükəsiz və enerji səmərəli nəqliyyat vasitələri Bakıya gətirilərək ildə 1200-ə qədər sürücüyə nəqliyyat vasitələrinin ekoloji cəhətdən səmərəli idarə olunması sahəsində təlimlər keçiriləcəkdir. Bundan əlavə, Siyəzən rayonun 12-yə yaxın kəndində 2500 nəfər əhalinin yaşadığı təxminən 600 ev təsərrüfatı təmiz qazla təmin ediləcəkdir.

Bütün bunlar hal-hazırda Global İqlim Fondunun (GEF) maliyyə dəstəyi ilə həyata keçirilən Azərbaycanda yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları (NAMA) çərçivəsində aparılır və 2020-ci ilə qədər davam edəcəkdir.

Bu gün ARDNŞ-də birgə fəaliyyətin nəticələri, görülən işlər və gələcək perspektivlərin müzakirəsinə həsr olunmuş konfrans təşkil edilib. Konfransda həmçinin, BMT-nin İnkişaf Proqramının ARDNŞ ilə həyata keçirdiyi pilot fəaliyyətlərinin uğur nümunələrinin respublika miqyasında geniş tədbiq olunmasınn vacibliyi bir daha vurğulanıb.