62 əcnəbi deputat Bakıya futbol yarışına gəlir


Digərləri 06 Mar 2018 15:18:00 193 0

62 əcnəbi deputat Bakıya futbol yarışına gəlir

5 ölkənin deputatları arasında beynəlxalq futbol turniri keçiriləcək.

Bakı. Gələn həftə Bakı tarixində ilk dəfə olaraq 5 ölkənin deputatları arasında beynəlxalq futbol turniri keçiriləcək. Trend-in məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib. Martın 9-11-i arasında gerçəkləşəcək futbol yarışı Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyə həsr olunub. Turnir Gənclər və idman komitəsinin təşəbbüsü və Milli Məclisin dəstəyi ilə keçiriləcək.