Azərbaycanlı Ukraynada antiterror əməliyyatı zonasında xidmət etmiş şəxsi qətlə yetirib


Sosial 06 Mar 2018 14:36:42 237 0

Azərbaycanlı Ukraynada antiterror əməliyyatı zonasında xidmət etmiş şəxsi qətlə yetirib

Onun barəsində həbs qətimkan tədbiri seçilib

Azərbaycan vətəndaşı Ukraynada antiterror əməliyyatı zonasında xidmət etmiş şəxsi qətlə yetirib.

“Report”un əldə etdiyi məlumata görə, əslən Bərdə rayonundan olan Azərbaycan vətəndaşı, 1986-cı il təvəllüdlü Rasim Məmmədov Kiyev şəhərində mübahisə zəminində Ukrayna vətəndaşını öldürüb. Qətlə yetirilən şəxsin antiterror əməliyyatı zonasında xidmət etdiyi bildirilir.

Hadisə yerindən qaçan R.Məmmədovu hüquq-mühafizə orqanları Ukraynanın Zaporojye əyalətində tutublar. Kiyev şəhər polisinə gətirilən R.Məmmədov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.