"Manchester United" 5 il sonra bunu bacardı


İdman 06 Mar 2018 14:38:00 267 0

"Manchester United" 5 il sonra bunu bacardı

İngiltərə Premyer Liqasının 29-cu turuna "Crystal Palace" - "Manchester United" oyunu ilə yekun vurulub. Hesabda 2 top fərqi ilə geri düşən "qırmızı şeytanlar" əzmkar mübarizə nəticəsində oyundan 3:2 hesablı qələbə ilə ayrılıb. Goal.az xəbər verir ki, "manikunianmlar" son 5 ildə ilk dəfə 2 top buraxdıqdan sonra geri dönüş etməyə nail olub. 2013-cü ilin dekabrında "Hull City" ilə oyunda da eyni ssenari qeydə alınmışdı. Həmin vaxt "Hull City" ilk 13 dəqiqəyə 2 dəfə fərqlənmişdi.