İtaliya A Seriyasında ciddi dəyişikliklər olacaq


İdman 06 Mar 2018 14:20:00 225 0

İtaliya A Seriyasında ciddi dəyişikliklər olacaq

Növbəti mövsümdən İtaliya A Seriyasında əsaslı dəyişikliklər olacaq. Goal.az xəbər verir ki, ölkənin Milli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo bu barədə danışıb. Onun sözlərinə görə 2018/19 mövsümündə A Seriyası 19 avqust - 26 may arasında keçiriləcək. Superkubok matçı 12 avqustda baş tutacaq.

Dekabrın sonunda - 22, 26, 30 dekabrda Premyer Liqada "Boxing day"ə analoq olaraq oyunlar keçiriləcək. Daha sonra qış fasiləsi olacaq və 20 yanvarda ikinci dövrə başlayacaq. Yay transfer pəncərəsi 18 avqust, qış transfer periodu isə 19 yanvarda yekunlaşacaq.