Mourinyo 5 günə 1 milyon avro qazanacaq


İdman 06 Mar 2018 14:02:00 301 0

Mourinyo 5 günə 1 milyon avro qazanacaq

"Manchester United"in baş məşqçisi Joze Mourinyonun "Russia Today" telekanalı ilə anlaşmasının maliyyə detalları məlum olub. Goal.az xəbər verir ki, 5 gün ərzində dünya çempionatının oyunlarını ekspert kimi dəyərləndirəcək Joze 1 milyon avro qazanacaq. Portuqal mütəxəsis bu səbəbdən "BBC" və "ITV" kanallarının təklifini geri çevirib.

Mourinyo RT kanalının xüsusi futbol proqramlarında iştirak etmək üçün Moskvaya gələcək və turnirin oyunlarına dair proqnozlarını bölüşəcək.