Bağçalarda uşaqların müalicəsi pulsuz olacaq


Digərləri 06 Mar 2018 13:34:00 231 0

Bağçalarda uşaqların müalicəsi pulsuz olacaq

Məktəbəqədər təhsil müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidmətləri ödənişsiz göstəriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu, Nazirlər Kabineti tərəfindən yeni təsdiqlənən "Məktəbəqədər təhsil müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidmətinin göstərilməsi qaydası"nda öz əksini tapıb.

Qaydalarda qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrində təhsilalanlara tibbi xidmət məktəbəqədər təhsil müəssisələrinin tibb işçiləri və ya ərazi üzrə ambulator-poliklinika müəssisəsinin məktəbəqədər təhsil müəssisəsinə təhkim olunmuş tibb işçiləri tərəfindən göstərilir. Məktəbəqədər təhsil müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlar üçün fərdi qaydada aparılacaq müalicə-bərpa xidmətləri icbari dispanserizasiyanı aparan dövlət tibb müəssisələri tərəfindən müəyyən ediləcək.