Mirşahinin telekanalında çalışacaq İSİMLƏR


Digərləri 06 Mar 2018 13:12:00 315 0

Mirşahinin telekanalında çalışacaq İSİMLƏR

Milli Teleradio Şurası, tanınmış telejurnalist Mirşahin Ağayevin rəhbərlik etdiyi "Real" TV-yə peyk yayımı üçün müddətsiz lisenziya verib. Telekanalın tezliklə fəaliyyətə başlayacağı gözlənilir.

Mirşahinin "Real" TV-yə əsasən keçmiş ANS telekanalının əməkdaşlarını topladığı bildirilir. 

Son.az xəbər verir ki, "Real" TV-dən modern.az-a verilən məlumata görə, Mirşahin Ağayevin yeni komandasında fəaliyyəti dayandırılmış ANS telekanalının aşağıdakı əməkdaşları çalışacaq:

Afət Telmanqızı, Ləman Ələşrəfqızı, Mahir Məmmədli, Səbinə Ağayeva, Lalə Nurəddinqızı, Orxan Məmmədli, Ziya Babayev, Azər Qarayev, Vüsalə Xanməmmədqızı, Ayşəm Rüstəmova, Xatirə Məmmədova, Mehman Rəsulov, Natiq Nailəoğlu...

Hələlik baş redaktor və redaktorlar müəyyən olunmayıb.

Onu da bildiriblər ki, "Real" TV layihəsi Mirşahin Ağayevə məxsusdur və Vahid Mustafayev bu layihədə yer almayacaq.

Eyni zamanda, "Real" TV-nin ofisinin Əhməd Rəcəbli küçəsində yerləşdiyi məlum olub. 5 mərtəbəli binada yerləşən ofisdə son hazırlıq işləri görülməkdədir.