Xalq artisti sənətdən getdi: "Kənddə yaşayıram"


Kriminal 06 Mar 2018 13:20:00 257 0

Xalq artisti sənətdən getdi: "Kənddə yaşayıram"

Tanınmış aktyor, xalq artisti Valeh Kərimov sənətdən getdiyini açıqlayıb.

Son.az xəbər verir ki, aktyor bu barədə ölkə.az-a açıqlamasında bildirib. Xalq artistinin sözlərinə görə, hazırda rayonların birində yaşayır:

"Mən artıq bu aləmdən ayrılmışam, təqaüddə olan adamam. Nə teatrda oynayıram, nə də filmə çəkilirəm. Rayonların birində yaşayıram. Təkliflər olsa, çətin ki qəbul edim".