Yens Stoltenberq: "NATO rəsmi Bağdadın xahişi ilə İraqda qalacaq"


Dünya 06 Mar 2018 13:05:06 282 0

Yens Stoltenberq: "NATO rəsmi Bağdadın xahişi ilə İraqda qalacaq"

Baş katib: "NATO ölkədə çox uzun müddət qalmayacaq"

NATO İraqdakı varlığını qoruyacaq və rəsmi Bağdadın xahişi ilə ölkənin silahlı qüvvələrinə dəstək verməyə davam edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İraqda rəsmi səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

"İraq tərəfi istədiyi üçün biz buradayıq. Alyans İraqın Baş naziri Heydər əl-Abadidən yazılı müraciət alıb", - Y.Stoltenberq deyib.

O, eyni zamanda NATO-nun ölkədə çox uzun qalmayacağını və İaqın Silahlı Qüvvələrinin yenidən İŞİD-in yaranmasının qarşısını almaq üçün hazırlanması prosesinə davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, daha əvvəl İraq parlamenti hökumətdən İŞİD terror qruplaşmasının darmadağın olunmasından sonra xarici hərbi personalın ölkədən çıxarılması şərtlərini müəyyənləşdirməyi tələb edib.