Bütün dünya Azərbaycan əsilli modeldən danışır – FOTO


Digərləri 06 Mar 2018 13:02:00 358 0

Bütün dünya Azərbaycan əsilli modeldən danışır – FOTO

Dünya mediası italyan model Byanka Balti barədə geniş yazılar dərc etməyə başlayıb. Onlar iddia edir ki, model Monika Belluçini gözəlliyi ilə kölgədə qoyur.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Byanka 25 may 1984-cü il Lombardiyada dünyaya gəlib.

Onun atası italyan, anası isə azərbaycanlıdır.

O, uşaqlıqdan model agentliklərinə baş vurub, müxtəlif kastinqlərdə iştirak edib. İlk zamanlarda bir neçə regional jurnalın üz qabığına çəkilən Byankaya daha sonra "Vogue", "Harper's Bazaar", "Marie Claire", "Jalouse", "Cosmopolitan", "Elle" və "Playboy" kimi jurnallardan da təklif gəlib.