İlahə İbadova: “Ərimi yox, başqasını sevirdim” FOTO


Şou-biznes 06 Mar 2018 12:39:00 300 0

İlahə İbadova: “Ərimi yox, başqasını sevirdim”  FOTO

Son.az xəbər verir ki, ölkə.az saytının növbəti qonağı tanınmış müğənni İlahə İbadovadır.

 - İlahə xanım, Braziliyada futbolçulara "topla doğulanlar" deyirlər. Səbəbi isə çox sadədir, futbolu yaxşı oynadıqlarına görə... Bəs siz necə, səhnə üçünmü doğuldunuz? 

- Düşünürəm ki, bəli. Çünki mənim uşaqlıqdan bu sahəyə böyük marağım olub. Yaxşı yadımdadır, hələ uşaq ikən hind mahnılarını çox sevirdim. Hətta alnıma bir xal qoyub, əlimə daraq götürüb həmin mahnıları ifa edirdim. Ümumiyyətlə, mən hiss edirdim ki, haçansa tanınacağam. Bizim nəslimizdə ali savadlı insanlar çoxdur. Özüm də ziyalı ailəsindən olduğum üçün valideynlərim məni həkim görmək istəyirdi, lakin mən bu sənəti seçdim. Bir sözlə, görünür ki, mən məhz səhnə üçün doğulmuşam.

- Deməli, hisləriniz sizi aldatmadı...  - Bəli... Ümumiyyətlə, hislərim çox zaman məni aldatmır. 

- Bəs nə zaman aldadıb? - Ailə həyatı quranda...

- Nə alınmadı o zaman? Siz sevib ailə qurmuşdunuz? - Bilirsiniz, insanın yaşı artdıqda daha çox sevildiyini zənn edir. Bir növ kamilləşir. Mən də o vaxtın düşüncələrinə görə sevirdim.

- Amma zaman keçdikcə gördünüz ki, yox, sevmirmişsiniz? - Elə ailələr var ki, onlar sevgisiz də möhkəm olur, dağılmır.

- Neçə il ailəli oldunuz? - Təxminən iki il...

- Sənətdə idiniz onda? - Bəli.

- Səhv etmiriksə, o, sizin həm həyat, həm də sənət yoldaşınız olub. - Elədir, amma ailəmizin dağılmasında sənətə aid heç nə yox idi. Sadəcə olaraq, fikirlərimiz üst-üstə düşmədi.

- Hətta deyilənə görə, ailənizin dağılmağında qaynatanızın "rolu" az olmayıb... - Doğrudur, amma qaynanamla heç bir problemim olmayıb. Hətta indi də danışırıq. Amma mən deyərdim ki, qaynatamın etdikləri ailəmizin dağılmasına zəmin yaratdı. 

- Peşman olmusunuzmu ayrıldığınız üçün? - Hər bir qadın kimi mən də istərdim ki, həyatımda hər şey yaxşı olsun. Amma alınmadı. Görünür ki, qismət belə imiş. Bəzən isə deyirlər ki, qisməti insanı özü         yazır. Mən onu ilk dəfə görəndə hiss etmişdim ki, o, gələcəkdə mənim həyat yoldaşım ola bilər. Amma bəlkə də yatsam, belə bir şey heç yuxuma da girməzdi. Lakin         hissim doğru çıxdı. Onunla ailə qurduq və alınmadı...

- Ayrılandan sonra barışmağa cəhd etdinizmi? - O bir söz var, deyir ki, küsəndə elə küs ki, barışan yeri olsun. Amma elə etdilər ki, barışmaq üşün heç bir yer qalmadı.

- İlahə xanım, neçə dəfə sevmisiniz? - Bir dəfə...

- Keçmiş həyat yoldaşınızı? - Xeyr, bayaq dediyim ki, kamilləşdiyim bir dövrdə sevmişəm.

 - Bəs nə oldu o sevgini axırı? - Sevgi əlçatmaz olanda daha maraqlı olur...

- Heç olmasa, indi davam edirmi o sevgi? - Mənim ürəyimdə davam edir.

- İkinci dəfə ailə qurmaq istəyirsiniz? - Təbii ki, istəyirəm. Amma ikinci dəfə ailə qurmaq və həyat yoldaşı seçmək çox çətin bir məsələdir. Həm də mən istəməklə heç nə alınmır, gərək şərait özü yaransın.


Xəbərə aid fotolar