Deputat: “Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqinə icazə verməməlidir”


Digərləri 06 Mar 2018 12:21:27 183 0

Deputat: “Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqinə icazə verməməlidir”

“Milli Şuranın martın 10-a təyin etdiyi mitinq seçki qanunvericiliyini pozur”

“Milli Şura martın 10-a mitinq təyin etməklə seçki qanunvericiliyini pozub”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, seçkiqabağı təşviqat martın 19-da başlayır: “Martın 19-da təşviqat başlayandan sonra nə qədər istəyirlər mitinq keçirsinlər”. 

Q.Həsənquliyev qeyd ki, Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq müraciətinə müsbət cavab verməməlidir: “Əks təqdirdə bu qanun pozuntusu ola bilər”.