“Ən fəal işəgötürən şirkət” mükafatına “Nar” layiq görüldü (FOTO)


Digərləri 06 Mar 2018 12:20:00 225 0

“Ən fəal işəgötürən şirkət” mükafatına “Nar” layiq görüldü (FOTO)

2 mart 2018-ci il tarixdə ADA universitetində təşkil olunan karyera sərgisində “Nar” operatoru “Ən aktiv işəgötürən şirkət” mükafatına layiq görülüb.

Bakı. 2 mart 2018-ci il tarixdə ADA universitetində təşkil olunan karyera sərgisində “Nar” operatoru “Ən aktiv işəgötürən şirkət” mükafatına layiq görülüb. Şirkətdən Trend-ə verilən məlumata görə, sərgi çərçivəsində mobil operatorun iş imkanları və tələbə proqramları ziyarətçilərin böyük marağına səbəb olub. Keçirilən karyera sərgisində 105 yerli və xarici şirkət iştirak edib. “Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke sərgidə aktivliyi ilə seçilən “Nar”-ın bu mükafata layiq görülməsindən məmnunluğunu dilə gətirib: “Yerli bir şirkət olaraq “Nar” hər zaman azərbaycanlı gənclər üçün iş imkanları yaradır. Biz gənc istedadlardan dünya səviyyəli mütəxəssislər yetişdirməyə çalışırıq, onların parlaq karyera qurmalarına dəstək oluruq. Bu gün ən aktiv işəgötürən olaraq ADA universiteti tərəfindən mükafata layiq görüldüyümüz üçün fərəh hissi keçiririk. “Nar”-a göstərilən marağa görə bütün sərgi iştirakçılarına təşəkkürümü bildirirəm”.