ABŞ səfiri: “Ermənistanın nüfuzlu şəxsləri siyasi və iqtisadi maraqlarını korrupsiya vasitəsilə təmin edirlər”


Dünya 06 Mar 2018 12:10:52 271 0

ABŞ səfiri: “Ermənistanın nüfuzlu şəxsləri siyasi və iqtisadi maraqlarını korrupsiya vasitəsilə təmin edirlər”

Riçard Millz: “Korrupsiya ABŞ-la Ermənistan arasında iqtisadi-ticarət münasibtələri dərinləşdirmək üçün başlıca maneədir”

“Korrupsiya ABŞ-la Ermənistan arasında iqtisadi-ticarət münasibtələrini dərinləşdirmək sahəsində başlıca maneədir”.

“Report” “Jamanak”a istinadən xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz bildirib.

O qeyd edib ki, rəsmi Yerevan ABŞ-la iqtisadi-ticarət əlaqələrini dərinləşdirmək üçün çoxlu işlər görməlidir: "Korrupsiya nəticəsində bazarlar bağlanır, ədalətsiz rəqabət formalaşır. Korrupsiyanın bu növü daha çox narahatlıq yaradır. Çünki bundan ölkədəki siyasi və iqtisadi əlaqələri olan nüfuzlu şəxslər istifadə edir. Onlar ədalətsiz rəqabət mühitində öz maraqlarını bu yolla qoruyurlar. Bu isə nəticədə bərabər oyun şəratini təmin etmir".

R.Millz vurğulayıb ki, korrupsiyanın belə təzahürü və hakimiyyətin ondan sui-istifadəsi Ermənistan üçün əsas çağırış olaraq qalmaqdadır: “Bu isə xarici sərmayələrin qoyulması və ABŞ-la ticarət əlaqələrinin dərinləşməsi üçün başlıca maneədir”.