Bakıda “HOREX Caucasus 2018” sərgisi keçiriləcək


Digərləri 06 Mar 2018 12:00:00 225 0

Bakıda “HOREX Caucasus 2018” sərgisi keçiriləcək

5-7 aprel tarixində Bakı Ekspo Mərkəzində 12-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Super-marketlər üçün Avadanlıq və Ləvazimatlar “HOREX Caucasus 2018” sərgisi keçiriləcək.

Bakı. 5-7 aprel tarixində Bakı Ekspo Mərkəzində 12-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Super-marketlər üçün Avadanlıq və Ləvazimatlar “HOREX Caucasus 2018” sərgisi keçiriləcək. “Iteca Caspian” şirkətindən Trend-ə verilən məlumata görə, qonaqpərvərlik sahəsində Cənubi Qafqaz və Xəzəryanı regionun yeganə ixtisaslaşmış tədbiri olan “HOREX Caucasus” sərgisi məhsul və xidmətlərin təqdim olunması, aparıcı sənaye şirkətləri, eləcə də alıcı və tərəfdaşlarla səmərəli fikir və təcrübə mübadiləsi, o cümlədən bazarın rəqabət qabiliyyətinin təhlili və möhkəm işgüzar əlaqələrin qurulması üçün əla imkan yaradır.