Amerika Suriyaya yeni hücuma hazırlaşır


Dünya 06 Mar 2018 11:45:00 194 0

Amerika Suriyaya yeni hücuma hazırlaşır

Ötən həftə Ağ evdə Suriyadakı vəziyyətlə bağlı görüş keçirilib

.

Son.az Sputniknews-a istinadla xəbər verir ki, tədbirdə prezident Donald Tramp, Ağ Ev aparatının başçısı Con Kelli, Trampın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Herbert Makmaster və Müdafiə naziri Jim Mattis iştirak ediblər.

The Washington Post-un yazdığına görə, görüşdə rəsmilərdən biri Suriyaya yeni hərbi hərəkatın mümkünlüyünü dilə gətirib və bildirib ki, bu Suriya kimyəvi silahdan istifadə etdiyinə görə cəzalandırmaq məqsədi ilə aparılacaq. Lakin məqalədə bu sözləri deyən şəxsin kimliyi açıqlanmayıb.

Həmçinin yazıda qeyd olunub ki, Mattis bu hərəkat barədə Amerikanın qərarlı olduğunu dilə gətirib.

Pentaqonun sözcüsü məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, Mattis həmin görüşdə iştirak etməyib və belə bir söhbət olmayıb.