Oğlu "Arsenal"da oynayan ana evsizdir - FOTO


İdman 06 Mar 2018 11:37:00 220 0

Oğlu "Arsenal"da oynayan ana evsizdir - FOTO

“Arsenal”ın futbolçusu Eynsli Meytlend-Naylsın anası oğlunun ona heç bir yardım etməməsindən şikayətlənib.

Goal.az xəbər verir ki, 20 yaşlı futbolçunun anası Jule Naylz İngiltərənin “Daily Mail” nəşrinə açıqlamasında oğlundan ona ev almasını istədiyini, lakin onun rədd etdiyini deyib: “Oğlum Enzli iki həftəlik maaşı ilə mənə normal ev ala bilər, lakin bunu etmir. Mənim oğlum “Arsenal”da oynasa da, mən evsizəm. Hazırda yaşadığım ev deyil. Ev nədir bilirəm. Duş qəbul edə, dişini yuya, otağında otura bilərsən. Bunları edə bilməmək dəhşətlidir. Gecələr soyuqdan donuram. Keçən gün evsiz birinin ölüm bağırtısını eşitdim. Yaşadıqlarım qorxuncdur”.

Cari mövsümdə “Arsenal”da 25 oyuna çıxan Enzlinin həftəlik qazancı 30 min funt-sterlinqdir.