"Zeytun budağı"nın STATİSTİKASI - 2872 terrorçu öldürüldü, 143 məntəqə azad edildi


Digərləri 06 Mar 2018 11:46:00 210 0

"Zeytun budağı"nın STATİSTİKASI - 2872 terrorçu öldürüldü, 143 məntəqə azad edildi

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 2872 nəfərə çatıb.

Bakı. Rufiz Hafizoğlu - Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 2872 nəfərə çatıb. Trend-in məlumatına görə, ötən sutka ərzində PYD, YPG və İŞİD terror təşkilatlarının 77 üzvü məhv edilib. Qeyd edək ki, Türkiyə Baş Qərargahının bu gün yaydığı son statistik məlumata görə, əməliyyat çərçivəsində terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı isə 143-ə çatıb.